Sanksiyalar ABŞ-dan da gəldi: Qomelauri “Maqnitski” siyahısında
ABŞ Vaxdanq Qomelauri və Mirza Kezevadze ilə bağlı sanksiyalar tətbiq edib və onları “Qlobal Maqnitski” siyahısına daxil edib. Bu barədə ABŞ-ın Maliyyə Departamenti məlumat yayıb.
Belə ki, Daxili İşlər Naziri Vaxdanq Qomelauri və Xüsusi Tapşırıqlar Departamentinin direktor müavini Mirza Kezevadze ABŞ Maliyyə Departamentinin “Xüsusi Müəyyənləşdirilmiş Şəxslər Siyahısı”na (SDN List) daxil ediliblər. Məlum olduğu kimi, SDN List “İnsan hüquqları üzrə cavabdehlik haqqında Qlobal Maqnitski Aktı” əsasında yaradılıb və 2017-ci ildən fəaliyyət göstərir.
Maliyyə departamentinin bəyanatında bildirilir ki, Vaşinqtonun bu addımı Böyük Britaniya ilə koordinasiyalı şəkildə atılıb. Bu gün Böyük Britaniya da Daxili İşlər Naziri Vaxdanq Qomelauri və daha dörd güc strukturu əməkdaşına qarşı sanksiyalar tətbiq edib.
Bizi WhatsApp – da izləyin.