Azərbaycanda məşhur “TikTokerlər” polis tərfindən saxlanılıb

Azərbaycanda “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür. 

RealNews.ge Azərbaycan mətbuatına istinadən xəbər verir ki, vətəndaşların narazılığına səbəb olan TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.

Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.

Bu barədə məlumatı Azərbaycan DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. Bildirilib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.

Bizi WhatsApp – da izləyin.