Daxili İşlər Naziri, Təhlükəsizlik Xidmətinin rəisi və digər rəsmilər Azərbaycanın Gürcüstandakı səfirliyində olublar – FOTO

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb.

Baş nazirin müavini, daxili işlər naziri Vaxtanq Qomelauri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Qriqol Liluaşvili, Kəşfiyyat Xidmətinin rəhbəri İrakli Beraya, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri Anzor Çubinidze və digər rəsmi şəxslər Azərbaycanın Gürcüstandakı səfirliyində olublar.

Rəsmilər “AZAL” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı veriblər. Onlar başsağlığı kitabına ürək sözlərini yazıb, Azərbaycan xalqının dərdinə şərik olduqlarını bildiriblər.

Bizi WhatsApp – da izləyin.