Sinoptiklərdən əhaliyə xəbərdarlıq – PROQNOZ
Milli Ətraf Mühit Agentliyi əhaliyə gözlənilən hava şəraiti barədə xəbərdarlıq edir.
“28 dekabrdan 29 dekabradək Gürcüstanda fasilələrlə yağıntılar gözlənilir, dağlıq və yüksək dağlıq ərazilərdə bəzən güclü qar, çovğun, qərb istiqamətli güclü külək, dənizdə isə 3-4 ballıq fırtına olacaq.
Gözlənilən yağıntılar Qərbi Gürcüstanın çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, təpəlik ərazilərdə torpaq sürüşməsi və sel proseslərinin yaranmasına və ya aktivləşməsinə, ölkənin yüksək dağlıq bölgələrində isə qar uçqunlarının yaranmasına səbəb ola bilər.
Bəzi avtomobil yollarında güclü qar, qar uçqunu təhlükəsi, buzlanma və görünüşün pisləşməsi səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyətlər yarana bilər (təhlükə səviyyəsi orta)”, – məlumatda qeyd edilib.
Bizi WhatsApp – da izləyin.