Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komanda ilə ikinci yoldaşlıq görüşünü keçirib – FOTO
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komanda ilə ikinci yoldaşlıq görüşünü keçirib.
Qarşılaşma yerli komandanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Startdan əvvəl Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov çıxış edib, ardınca isə simvollik olaraq ilk gedişi yerinə yetirib.
İkinci turda 4 partiyada qalib müəyyənləşməyib. Bir oyunda isə Nino Baçiaşvili Azərbaycan millisinin üzvü Ülviyyə Fətəliyevadan üstün olub.
Reqlamentə əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaqlar. Yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanır.