İrakli Kobaxidze: Ölkələrimiz arasında tərəfdaşlıq və dostluq qlobal kontekstdə də olduqca vacibdir
Ölkələrimiz arasında tərəfdaşlıq və dostluq qlobal kontekstdə də olduqca vacibdir.
Bu sözləri Baş nazir İrakli Kobaxidze martın 16-da Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.
Sülh məsələlərinə xüsusi diqqətə yetirilməli olduğunu, Gürcüstanın regionda sabitliyə maksimum dərəcədə töhfə verməyə çalışdığını və bunu gələcəkdə də davam etdirəcəklərini vurğulayan Baş nazir həmçinin bildirib: “Bizim birlikdə təməlini qoyduğumuz bir sıra layihələr var və onlar strateji əhəmiyyət daşıyır. Gələcək üçün çox böyük planlarımız var”.