Pasxa gecəsi metro ilə hərəkət pulsuz olacaq

Pasxa bayramı ərəfəsində Tbilisi metrosu xüsusi rejimdə fəaliyyət göstərəcək, mayın 5-6-da isə əlavə avtobus marşrutları fəaliyyət göstərəcək.

Bu barədə Tbilisi meriyası məlumat yayıb.

Məlumata görə, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə metropoliten mayın 4-ü saat 23:00-dan, mayın 5-i saat 04:00-dək sərnişinlərin hərəkətini pulsuz edib.