Bir sıra ölkələrin rəhbər şəxsləri Kiyevə səfər edib
Litva Prezidenti Gitanas Nauseda, Latviyanın Baş naziri Evika Silina və Çexiya Parlamenti Senatının sədri Miloş Vıstrçil Ukraynada səfərdədir.
RealNews.ge xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Onlar Kiyevdə keçiriləcək Krım Platformasının sammitində iştirak edəcəklər.
Bundan əlavə, ABŞ dövlət katibi Antoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemminin də paytaxta səfəri gözlənilir.