Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin yaranmasından üç il ötür
2021-ci ilin sentyabr ayının 10-da dövlət qeydiyyatına alınan Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin yaranmasından 3 il ötür.
“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi” azərbaycanlı icma tərəfindən Bolnisidə yaradılan ilk Mərkəzdir, 2021-ci ildən Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət komitəsinin dəstəyi və layihələri çərçivəsində fəaliyyət göstərən mərkəzdə insanlara müxtəlif dil kursları və ödənişsiz hüquqi xidmətlər göstərilir.
Bundan əlavə Mərkəz gənclər üçün müxtəlif təlim və seminarlar təşkil edir, kəndlərdə yaşayan gənclərin maariflənməsi inkişafı istiqamətində hər zaman bütün imkanlarından və resurslarından istifadə edir.
Bu günə qədər Bolnisinin 30-dan artıq kəndindən 1600 nəfərdən çox müəllim, şagird, tələbə və gənc Mərkəzdə Azərbaycan dili, Gürcü dili, ingilis dili və rəsm kurslarından faydalanıblar.
Bundan əlavə mərkəz gənclərin maariflənməsi üçün müxtəlif təlim və seminarlar təşkil edir, kəndlərdə yaşayan gənclərin maariflənməsi inkişafı istiqamətində hər zaman bütün imkanlarından və resurslarından istifadə edir.
Ötən üç il müddətində mərkəz tərəfindən bir çox layihələr həyata keçirilmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş idman yarışları, sınaq imtahanları, düşərgələr, bilik yarışları, təlimlər, səyahətlər, regional və mərkəzi təşkilatlarla əməkdaşlıqları buna misal gətirmək olar.