“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə Anım Gününə həsr edilmiş tədbir keçirilib – FOTO
Bolnisi şəhərində 27 Sentyabr Anım Gününün ildönümü qeyd edilib.
İlk olaraq “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin rəhbərliyi, şagird və müəllim heyəti Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra mərkəzin icraçı direktoru Rezo Həsənov çıxış edərək 27 sentyabrın önəmi haqqında gənclərə ətrafılı məlumat verib. O, dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətindən danışıb. Bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb.