Azərbaycan 6 ilə 270 min hektar ərazini bərpa etməyi öz üzərinə öhdəlik götürüb

Azərbaycan 2030-cu ilə qədər 270 min hektar deqradasiyaya uğramış və meşəsizləşmiş landşaftları bərpa etməyi vəd edərək “Bonn Çağırışı” üzrə öhdəlik götürüb.

Bunu Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev BMT-nin Nyu-Yorkdakı qərargah binasında “Rio Trio Təşəbbüsü: İnteqrasiya edilmiş Ətraf Mühit Fəaliyyəti” (The Rio Trio İnitiative: Integrated Environmental Action) mövzusunda keçirilən yüksək səviyyəli debatda çıxışı zamanı deyib.