Sorğunun nəticələri: Bu gün seçkilər keçirilsəydi kimə səs verərdiniz sualına…
Beynəlxalq araşdırma təşkilatı “Edison Research” 26 oktyabr parlament seçkiləri ilə əlaqədar vətəndaşlar arasında sorğu keçirib.
Sorğuda iştirakçılara “Bu gün parlament seçkiləri keçirilsəydi, kimə səs verərdiniz” sualı ünvanlanıb.
Nəticəyə əsasən hakim partiya 32% səslə liderlik edir.
Sorğunun nəticələrinə əsasən, partiyaların reytinqləri belədir:
- “Gürcü arzusu – Demokratik Gürcüstan” – 32%;
- Birlik: “Milli Hərəkat, Quruculuq Strategiyası, Avropa Gürcüstanı” – 20%;
- “Dəyişiklik naminə koalisiya – Qvaramia, Melia, Qirçi, Droa” – 11,9%;
- “Qaxaria – Gürcüstan üçün” – 11,9%;
- Güclü Gürcüstan: “Lelo”, “Vətəndaşlar üçün Aleko Elisaşvili”, “Azadlıq Meydanı” – 9,9%;
- “Leyborist Partiyası” – 5%;
- Girçi (İago Xviçia) – 4.7%;
- “Vətənpərvərlər Alyansı” / “Alt Info” – 3.6%;
- Biz – “Davit Katsarava” – 0.7%;
- Digər partiyalar – 0.3%.
Sorğunun nəticələrinə əsasən, əhalinin 80%-i seçkilərdə iştirak edəcəyini bildirib.
Məlumat üçün onu da bildirək ki, sorğu “Formula” televiziyasının sifarişi əsasında keçirilib. Tədqiqat çərçivəsində Gürcüstanda yaşayan 18 yaş və yuxarı səsvermə hüququna malik 1200 nəfərdən təsadüfi üzbəüz sorğu üsulu ilə müsahibə götürülüb. Qeyd olunub ki, sorğunun yanılma payı +/- 2,5%-dir.