Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılacaq bələdiyyələrin sayı açıqlanıb

Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə kəndlərin formalaşdırılması prosesi davam edir.

Bunu Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bu gün keçirilən iclasda deyib.

O qeyd edib ki, həmin ərazilərdə bələdiyyələrin formalaşdırılması gələcəkdə həyata keçirilə bilər:

“Hesab edirəm ki, gələcəkdə həmin ərazilərdə bələdiyyələrin sayı təxmini 100-110 olacaq”.

 

Bizi WhatsApp – da izləyin.