DİQQƏT! Mikroavtobuslarla şəhərlərarası sərnişin daşınmaları qadağan edilir
Gələn ildən etibarən şəhərlərarası müntəzəm sərnişin daşınmaları M3 kateqoriyalı nəqliyyat vasitələri (avtobuslar) ilə həyata keçiriləcək.
2025-ci il iyunun 1-dən qüvvəyə minəcək yeni tənzimləməyə əsasən, mikroavtobuslarla sərnişin daşımalarına qadağa qoyulacaq. Bu, o deməkdir ki, Tbilisi, Kutaisi, Batumi, Zuqdidi və Telavi şəhərləri istiqamətində mikroavtobuslarla sərnişin daşımaları daha mümkün olmayacaq – bu barədə məlumatı “Biznespressnews” yayıb.
“2025-ci il iyunun 1-dən etibarən Gürcüstanda şəhərlərarası sərnişin daşınmalarının islahatı çərçivəsində qüvvəyə minəcək öhdəlik Tbilisi, Kutaisi, Batumi, Zuqdidi, Telavi və 150 kilometrdən artıq məsafədə yerləşən digər yaşayış məntəqələri (şəhər, kənd, qəsəbə) arasında müntəzəm sərnişin daşımalarının M3 kateqoriyalı nəqliyyat vasitələri ilə həyata keçirilməsini nəzərdə tutur,” – İqtisadiyyat Nazirliyindən bildirilib.