Hava şəraiti pisləşəcək – Milli Ətraf Mühit Agentliyi əhaliyə xəbərdarlıq edir

Milli Ətraf Mühit Agentliyi vətəndaşları hava şəraitinin pisləşməsi barədə xəbərdarlıq edib.

Yayılmış məlumatda qeyd olunub ki, 14 oktyabr tarixində günün ikinci yarısınadək Acara, Quriya və İmereti bölgələrində yağış yağacaq. Eyni zamanda ildırım çaxacağı, dolu yağacağı və güclü külək əsəcəyi gözlənilir.

“Proqnozlaşdırılan yağıntılar qərbi Gürcüstanın kiçik çaylarında su səviyyəsinin yüksəlməsinə, həmçinin təpəlik və dağlıq ərazilərdə torpaq sürüşməsi və daşqın proseslərinin başlamasına və ya aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi orta)”, – deyə məlumatda bildirilib.

Bizi WhatsApp – da izləyin.