Tanınmış həkim kardioloq Ülkər Dövrüşova vəfat edib
Marneulidə tanınmış həkim-kardioloq Ülkər Dövrüşova vəfat edib.
Qeyd edək ki, Ülkər Dövrüşova 1947-ci ildə Gorarxı elində dünyaya göz açıb. O, ali təhsilini Bakıda alıb. Belə ki, Ülkər Dövrüşova Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültetisini bitirib.
Uzun illər Gürcüstanda öz ixtisası üzrə xidmətləri ilə böyük nüfuz qazanıb.
Allah rəhmət etsin! Qəbri nurla dolsun!
Bizi WhatsApp – da izləyin.