Yol qəzası nəticəsində gənc sürücü qız dünyasını dəyişib, yaralılar…

Qurcaani bələdiyyəsinin Vaçnadziani kəndində baş verən yol qəzasında bir nəfər həlak olub. Hadisə Vaçnadziani kəndindən keçən mərkəzi yolda baş verib. Qarşı-qarşıya hərəkət edən iki avtomobil toqquşub.

Nəticədə avtomobili idarə edən gənc qız hadisə yerində dünyasını dəyişib, üç nəfər isə ağır yaralanıb.

Təcili tibbi yardım qrupları yaralıları Telavi xəstəxanasına çatdırıblar. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.