Yanvar ayından pensiyalar neçə lari olacaq?

2025-ci ildən 70 yaşa qədər olan təqaüdçülər üçün pensiya 350 lari olub – bu barədə dəyişikliklər 2025-ci ilin büdcə layihəsinin son versiyasında əks olunub. Belə ki, layihənin ilkin versiyasında bu yaş kateqoriyası üçün pensiyanın 20 lari artırılaraq 335 lari olması nəzərdə tutulmuşdu.

Bununla yanaşı, büdcə layihəsinə əsasən, yüksək dağlıq bölgələrdə yaşayan 70 yaşa qədər olan pensiyaçılar 400 lari alacaqlar.

Digər yaş kateqoriyalarına gəldikdə isə, büdcə layihəsinə görə, 70 yaş və yuxarı olan pensiyaçılar üçün pensiya 35 lari artırılaraq 450 lari təşkil edəcək. Bu kateqoriyadan olan pensiyaçılar üçün yüksək dağlıq yaşayış məntəqələrində pensiya təxminən 540 lariyə bərabər olacaq.

Yaşa görə pensiyadan əlavə, gələn il 18 yaşına qədər ağır əlilliyi olan şəxslər üçün sosial müavinətin 35 lari, digər kateqoriyalara aid olan əlilliyi olan şəxslər üçün isə müavinətin 20 lari artırılması nəzərdə tutulur.

Bizi WhatsApp – da izləyin.