27 yaşlı gənci öldürüb, cəsədini yandırdı – VİDEO

27 yaşlı gənci öldürərək cinayət izini itirmək məqsədilə cəsədi yandıran 23 yaşlı şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisidə mübahisə zəminində 1998-ci il təvəllüdlü şəxsə küt alətlə çoxsaylı bədən xəsarətləri yetirib və onu tikilməkdə olan binanın yüksək mərtəbəsindən yerə atıb. Daha sonra sözügedən şəxs cinayətin izni itirmək üçün, meyiti yandıraraq hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır. Saxlanılan şəxsi 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bizi WhatsApp – da izləyin.