“Oğru dünyası” ilə əlaqəsi olan 5 nəfər saxlanılıb – VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin Quriya Polis Departamenti və Ozurgeti Rayon Prokurorluğunun əməkdaşları tərəfindən birgə həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində, məhkəmə qərarı əsasında Tbilisi, Ozurgeti və Urekidə “oğru dünyası” ilə əlaqəsi olan 5 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxsləri 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bir neçə aydır ki, məhkəmə qərarı əsasında intensiv aparılan gizli istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, saxlanılan şəxslər “oğru dünyasının” fəaliyyətində iştirak edib, “qanuni oğrular”la əlaqə saxlayıb və onların tapşırıqlarını yerinə yetiriblər.

Xüsusilə, “oğru dünyası” qaydalarına əsasən mübahisələrin həlli, hədələmə, təhdid, cinayətkar nüfuzlarından istifadə etməklə və qanunsuz fəaliyyətlə Quriya bölgəsində, Ozurgeti bələdiyyəsinin Ureki qəsəbəsi və Sxaltubani kəndində öz nüfuzlarını artırmaq və şəxsi, həmçinin başqalarının maraqlarını təmin etmək məqsədilə fəaliyyət göstəriblər.

Polis, saxlanılan şəxslərin üzərində və yaşayış yerlərində axtarış aparıb, nəticədə mobil telefonlar və narkotik vasitələr maddi sübut kimi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 223-cü maddəsi üzrə davam edir.

Bizi WhatsApp – da izləyin.