Silahlı qarşıdurma: Biri azyaşlı olmaqla iki yaralı

Qoridə gənclər arasında baş verən silahlı insident zamanı iki nəfər yaralanıb.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, yaralılardan biri azyaşlıdır. Xəsarət alan şəxslər hazırda xəstəxanadadırlar.

Daxili İşlər Nazirliyində faktla bağlı Cinayət Məcəlləsinin 19-109-cu (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə istintaq başladılıb.

Bizi WhatsApp – da izləyin.