Şiddətli qar, zəif görmə, çovğun, qar uçqunu təhlükəsi… – PROQNOZ

Gürcüstan Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, fevralın 27-dək Qərbi Gürcüstanda çətin meteoroloji şərait davam edəcək: yağıntılar əsasən qar şəklində olacaq, bəzi yerlərdə güclü qar, duman, çovğun, yollarda buzlanma, elektrik ötürücü xətlərində buz yığılması müşahidə olunacaq, təpəlik və dağətəyi zonalarda isə sürüşmə prosesləri baş verə bilər.

Ölkənin dağlıq rayonlarında qar uçqunu təhlükəsi davam edir.

Şiddətli qar, zəif görmə, çovğun, buzlanma və qar uçqunu təhlükəsi səbəbindən avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər (təhlükə səviyyəsi yüksəkdir).

Bizi WhatsApp – da izləyin.