20 məktəbdə tədris prosesi dayandırıldı, 12 kəndlə…
Saçxeri bələdiyyəsi mövcud vəziyyətlə ictimaiyyətə əlavə məlumat təqdim edir. Məlumata görə, Saçxeri bələdiyyəsində güclü qar səbəbindən 12 kəndin yolları bağlanıb. Xüsusi texnika səfərbər edilib və yolların təmizlənməsi üçün 24 saatlıq iş rejimi tətbiq edilib.
Gözlənilən çətinliklərin qarşısını almaq məqsədilə bələdiyyə rəhbərliyi məktəblərdə və uşaq bağçalarında tədris prosesini dayandırıb.
“Saçxeri bələdiyyəsində güclü qar səbəbindən 12 kənd – Niqvzara, Korbouli, Speti, Şomaxeti, Moxva, Tskhomareti, Baxioti, Tsxami, Durevi, Çalovani, Liçi, Qodora yolları bağlanıb. Qar örtüyünün qalınlığı 50-120 santimetrə çatır. Xüsusi texnika səfərbər edilib və artıq 24 saatdır ki, yolların təmizlənməsi üçün iş aparılır. Hazırda 40 abonentə elektrik enerjisi verilmir. Təbii qaz və içməli su təchizatında isə heç bir problem yoxdur.
Tədris prosesinə gəlincə, hazırda 20 dövlət məktəbində – Arqveti, Biqağma Arqveti, Gorisa, Itavaza, Liçi, Mercevi, Moxva, Movzi, Maxatauri, Niqvzara, Sareki, Sisvadzeebi, Koreti, Şomaxeti, Çalovani, Calaurta, Tskhomareti, Sairxe, Savane, Çorvila – tədris dayandırılıb. Gözlənilən çətinliklərin qarşısını almaq məqsədilə bələdiyyə rəhbərliyi uşaq bağçalarında da tədris prosesini müvəqqəti dayandırıb”, – deyə bələdiyyənin “Facebook” səhifəsində bildirilib.
Bizi WhatsApp – da izləyin.