Bazar dəyəri 100 000 laridən çox olan aksizsiz siqaret aşkar edilib – FOTO

Maliyyə Nazirliyinin İstintaq Xidməti fevral ayında aksizsiz malların saxlanması, daşınması və satılması faktlarını aşkar edib.

Nazirliyin İstintaq Xidmətinin əməkdaşları 2025-ci ilin fevral ayında ölkə miqyasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində aksiz markası olmadan saxlanılan, daşınan və satılan külli miqdarda malların 25 faktını aşkar edib. Bu faktlarla bağlı 24 nəfər təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib, onlardan 5-i həbs olunub.

İstintaq tədbirləri nəticəsində cinayətdə təqsirli bilinən şəxslərdən ümumilikdə 19 147 qutu aksizsiz siqaret götürülüb. Bu siqaretlərin ümumi bazar dəyəri 100 000 laridən çoxdur.

İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 200-cü maddəsi üzrə aparılır. Belə ki, saxlanılan şəxsləri 6 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bizi WhatsApp – da izləyin.