64 saylı Tbilisi şəhər ictimai məktəbinin şagirdləri təltif edilib – FOTO
64 saylı Tbilisi şəhər ictimai məktəbinin şagirdləri təltif edilib.
Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının sədri Səadət Zeynalqızı 64 saylı Tbilisi şəhər ictimai məktəbinin müəllim və şagirdləri ilə görüşüb. Görüşdə təhsildə fərqlənən gənclərin uğurları, onlara lazımi dəstəyin göstərilməsi, eləcə də yaxın vaxtlarda həyata keçirilməsi planlaşdırılan layihələr barədə söhbət aparılıb.
Həmçinin məktəbin ictimai işlərindəki fəallığa və bilik yarışlarında göstərdikləri uğurlu nəticələrə görə məktəbin IX sinif şagirdi Nəzrin Qəmbərli və X sinif şagirdi Emil Əliyev ittifaqın xüsusi Təşəkkürnamələri ilə təltif edilib.
Bizi WhatsApp – da izləyin.