Havanın temperaturu +27 dərəcə olacaq: Qardabani, Marneuli, Bolnisi, Dmanisi, Rustavi – PROQNOZ

Qarşıdakı günlərdə havanın temperaturu +27 dərəcəyədək yüksələcəyi ehtimal olunur.

Aşağıda 10-16 mart tarixləri üçün bölgədə gözlənilən hava proqnozunu təqdim edirik:

Qardabanidə günəşli hava şəraiti gözlənilir. Gecə +7, +12, səhər saatlarında isə +21, +27 dərəcə istilik olacaq.

Marneuli və Bolnisidə günəşli hava olacaq. Temperatur gecə +7, +11, səhər saatlarında isə +21, +25 dərəcəyədək yüksələcək.

Dmanisidə hava əsasəm günəşli, bəzi günlərdə isə buludlu olacaq. Gecə +2, +6, səhər saatlarında isə +18, +22 dərəcəyədək istilik olacağı proqnozlaşdırılır.

Rustavidə də havanın temperaturu 25 dərəcəyədək yüksələcək. Gecə isə istilik +6, +8 dərəcə təşkil edəcək. Hava əsasən günəşli olacaq.

Bizi WhatsApp – da izləyin.