DİQQƏT! Birinci sinif şagirdlərinin qeydiyyatı başladı

Məktəblərdə birinci sinfə şagird qeydiyyatının birinci mərhələsi bu gündən başlayır. 31 dekabr da daxil olmaqla, 6 yaşı tamam olan uşaqlar da birinci sinfə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatın birinci mərhələsində, 10 mart – 21 mart tarixlərində, məktəblərdə xüsusi təhsil ehtiyacları olan uşaqlar qeydiyyatdan keçəcəklər. Uşaqların valideynləri seçdikləri dövlət məktəbinə ərizə ilə müraciət etməlidirlər.

Birinci mərhələdə qeydiyyatdan keçən uşaqlar üçün sənədlərin təqdim olunması və qəbul prosesi 24 mart – 30 aprel tarixlərində həyata keçiriləcək. İkinci mərhələdə şagirdlərin qeydiyyatı və sənədlərin təqdim olunması 2 may – 20 may tarixlərində baş tutacaq. Üçüncü mərhələdə ümumi onlayn qeydiyyat 22 may – 17 iyun tarixlərində davam edəcək.

Bizi WhatsApp – da izləyin.