Dünyanın ən maraqlı stadionlarından biri Gürcüstandadır – FOTO
Dünyanın müxtəlif yerlərində unikal görüntüsü və və qeyri-adi yerləşməsi ilə fərqlənən stadionlar mövcuddur. Bu, istər futbol azarkeşləri üçün, istərsə də turistlər üçün olduqca maraqlıdır. Orta əsrlərdən qalan futbol stadionlarının hazırda istifadə edilməsi futbola nə qədər önəm verildiyinin də bariz nümunəsidir.
Serbiyanın Belqrad şəhərində yerləşən “Vozdovaç” stadionu – Bu stadion 2013-cü ildən fəaliyyət göstərir. “Vozdovaç” Futbol Klubunun doğma meydanıdır. Bu stadionun qəribə tərəfi ticarət mərkəzinin üstündə tikilməsidir. Stadionda oyunların keçirilməsi UEFA tərəfindən təsdiqlənib və tutumu 5 mindir.
İkinci olaraq Türkiyədə 2015-ci ildə inşa edilən “Timsah Arena”dır. “Bursaspor”un doğma meydanıdır. Klubun embleminə uyğun olaraq stadion timsah formasında tikilib. Tutumu 43 mindir. Dünyada bənzərsiz stadionlardan biri kimi siyahıya düşüb.
Üçüncü maraqlı stadion Kaxetidə yerləşən “Tsentraluri”dir. Bu stadion orta əsrlərdə inşa edilən Kvareli qalasının içərisində yerləşir. Ölkəmizin 5-ci liqasında oynayan “Kvareli” komandası ev matçlarını burada keçirir. 1000 nəfərlik tutumu var.
“Mmabatho” stadionu isə qəribə oturacaq dizaynı ilə fərqlənir. Stadion 1981-ci ildə Cənubi Afrikanın Mafikenq şəhərində inşa edilib. 59 min tutumu olan “Mmabatho” əvvəllər böyük matçlara ev sahibliyi etsə də, hazırda istifadə edilmir.
Beşinci maraqlı stadion İkinci Dünya Müharibəsi zamanlarından qalan Nazi sığınacağının yanında yerləşən “Sportanlage Heiligengeistfeld”dir. Almaniyanın Hamburq şəhərində yerləşən stadionda hazırda Sent-Pauli akademiyasının futbolçuları oynayır. Adolf Hitlerin təlimatı ilə 1940-ci ildə inşa edilən bu tikili hazırda lüks bir hotel olaraq xidmət edir.
Bizi WhatsApp – da izləyin.