KİV: Bu tarixdə Ermənistan Azərbaycana hücum edəcək…

Caliber.az nəşri Ermənistanın Azərbaycana yaxın vaxtlarda hücum edəcəyi barədə məlumat yayıb.

Nəşrin mötəbər mənbələrdən aldığı məlumata görə, İrəvan apreldə müharibəyə başlamağı planlaşdırır. Bildirilir ki, Ermənistanın intensiv hərbiləşən son hərəkətlərinin bütün məntiqi onu göstərir ki, bölgə erməni tərəfinin təhrik etdiyi növbəti müharibə ilə partlamaq üzrədir. Üstəlik, Ermənistan artıq qarşıdurmanın yeni raunduna hazırlığını belə gizlətmir.

Qeyd olunur ki, ötən həftə hökumətin iclasında elan olunub ki, aprelin 1-dən iyunun 13-dək Ermənistanda növbəti ehtiyatda olan hərbçilərin təlimi keçiriləcək. Toplanışlar on həftə davam edəcək ki, bu da standart təlim müddətini əhəmiyyətli dərəcədə üstələyir.

Toplanmış faktlar və məlumatlar sərhəddə qəsdən aqressiv hərəkətlərə hazırlıqdan xəbər verir ki, bu da yeni eskalasiya təhlükəsini daha real edir.

“Caliber” Ermənistanın hərbi planlamasında “blitskriq” konsepsiyasının – şərti sərhəddəki yaşayış məntəqələrinin ildırım sürətilə işğalının nəzərdə tutulduğunu daha əvvəl də yazdığını qeyd edib.

Bizi WhatsApp – da izləyin.