Candar məktəbində 14 apral Gürcüstanda Ana dili gününə həsr edilmiş tədbir keçirilib – FOTO
Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının təşəbbüsü ilə Qardabani bələdiyyəsinin Candar ictimai məktəbində 14 aprel Gürcüstanda Ana dili günü münasibətilə tədbir keçirilib.
Tədbirdə ittifaqın sədri Səadət Zeynalqızı, Candar ictimai məktəbinin direktoru Əşrəf Əlləzov, təşkilatın idarə heyətinin üzvlərindən Təzəgül Qurbanova, məktəbin müəllimləri Madonna Qvelebiani, Anna Kalandadze, valideynlər və şagirdlər iştirak ediblər. Təşkilatın sədri Səadət Zeynalqızı çıxış edərək 14 aprel Gürcüstanda Ana dili gününün tarixi barədə məktəblilərə ətraflı məlumat verib, dövlət dilimiz olan gürcü dilini mükəmməl bilməyin vacibliyini və önəmini vurğulayıb.
Daha sonra tədbir şagirdlərin gürcü dilində hazırladıqları müxtəlif çıxışlarla davam etdirilib.
Sonda 14 aprel Gürcüstanda Ana dili gününə həsr edilmiş tədbirdə fəal iştirakına görə, Qardabani bələdiyyəsi Candar ictimai məktəbinin şagirdlərinə ittifaqın xüsusi Təşəkkürnamələri təqdim edilib.
Bizi WhatsApp – da izləyin.