Şuşa ilə Xankəndini birləşdirəcək “Kanat yolu” layihəsi hazırlanır

Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işlər aparılır.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: “Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq”.

Bizi WhatsApp – da izləyin.