Şəxsiyyət vəsiqələrində ata adı və milli mənsubiyyət qeyd edilə bilər

Elektron və qeyri-elektron şəxsiyyət vəsiqələrində ata adı və milliyyəti göstərən qrafaların geri qaytarılması mümkün ola bilər.

Bu barədə parlamentə vətəndaş Lela Kavatardze tərəfindən təklif təqdim olunub.

Parlamentin Büro İdarəsi qanunvericilik orqanının Hüquqi Məsələlər Komitəsinə həmin təklifi müzakirə etməyi tapşırıb.

Vətəndaşın qanunvericilik təklifində deyilir: “Xahiş edirəm ki, həm elektron, həm də qeyri-elektron vəsiqələrin hazırlanması zamanı, eləcə də mülki vəziyyət aktlarının qeydiyyatında dəyişiklik edilsin və ata adı ilə milliyyəti göstərən qrafalar – hər bir şəxsin milliyyətinin dəqiq qeyd olunduğu yazı geri qaytarılsın. Bu, 1998–2004-cü illərdə olduğu kimi tətbiq edilsin ki, bizim mənşəyimizin – “gürcülüyümüzün əbədi yoxa çıxması və assimilyasiyası” baş verməsin, necə ki, bunu cənab Quram Şaradze qeyd edirdi”.

Xatırladaq ki, Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsinin, həmçinin müvəqqəti və daimi yaşayış icazəsi, müvəqqəti identifikasiya elektron vəsiqəsinin dizaynı 2025-ci il iyunun 4-dən dəyişdirilib. Qeyd etmək lazımdır ki, həmin tarixədək verilmiş köhnə dizaynlı vəsiqələr etibarlılıq müddəti bitənədək qüvvədə qalacaq.

Bizi WhatsApp – da izləyin.