Qabal kəndində törədilmiş qətl hadisəsi ilə bağlı iki nəfər saxlanılıb – VİDEO
Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları isti izlərlə həyata keçirilmiş operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində iki şəxsi – 1998-ci il təvəllüdlü G.O. və 1994-cü il təvəllüdlü E.İ.-ni qəsdən adam öldürmək ittihamı ilə saxlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Cinayətə görə 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslər cari ilin 25 iyun tarixində Laqodexi bələdiyyəsinin Qabal kəndində, aqrar bazarın ərazisində həmin bazarda fəaliyyət göstərən mağazalardan birinin sahibi – 1975-ci il təvəllüdlü F.A.-nı odlu silahla atəş açaraq qətlə yetiriblər və hadisə yerindən qaçıblar.
Yaralanmış kişi tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib.
Həyata keçirilmiş operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində G.O. və E.İ. isti izlərlə təqsirləndirilən şəxs qismində saxlanılıblar.
Qəsdən adam öldürmə faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır.
Bizi WhatsApp – da izləyin.