Bakıda güclü partlayış olub
Azərbaycanın paytaxtı Bakıda güclü partlayış baş verib.
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
FHN-in son məlumatına görə, yanğın qısa müddətdə söndürülüb.
Bizi WhatsApp – da izləyin.