Türkiyə ordusunda şəhid sayı 12-yə çatdı – MAĞARADA 19 ƏSGƏR…

İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində metan qazından zəhərlənmə nəticəsində Türkiyə ordusunda şəhid olan əsgərlərin sayı 12-yə çatıb.

RealNews.ge Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, ötən gün metan qazından zəhərlənmə nəticəsində 5 əsgər şəhid olmuşdu.

Qeyd edək ki, 28 may 2022-ci ildə şəhid olan Leytenant Nuri Melih Bozkurtun cəsədinin tapılması işləri çərçivəsində bir mağarada aparılan axtarış zamanı 19 əsgər metan qazına məruz qalıb.

Bizi WhatsApp – da izləyin.