Dəhşətli qətl: Türkiyə vətəndaşı restoranda oturakən gülləbaran edildi – VİDEO

Batumidə, “Meridian” otelinin yaxınlığında yerləşən restoranlardan birində dəhşətli qətl hadisəsi baş verib.

Məlumata görə, hadisə nəticəsində Türkiyə vətəndaşı olan orta yaşlı kişi qətlə yetirilib.

İnsident baş verən zaman kişi restoranda yemək yeyirmiş. Naməlum şəxs tərəfindən ona odlu silahdan atəş açılıb.

İlkin məlumata görə qətlə yetirilən şəxs 5 güllə yarası alıb.

Hazırda “Meridian” otelinin qarşısında polis qüvvələri səfərbər olunub. Qanlı hadisənin motivi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bizi WhatsApp – da izləyin.