DİQQƏT! Bu tarixlərdə temperatur +40 dərəcə olacaq, həkimlər xəbərdarlıq edir…

21–24 iyul tarixlərində Gürcüstanın aran bölgələrində temperatur göstəriciləri kəskin artacaq.

Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Bildirilib ki, göstərilən tarixlərdə hava temperaturu gecələr +24–26°C, gündüz saatlarında isə +38–40°C arasında dəyişəcək.

Həkimlər vətəndaşlara müraciət edərək saat 13:00-dan 17:00-dək günəş şüalarından uzaq durmağı tövsiyə edirlər. Xüsusilə də ürək-damar xəstəlikləri, hipertonik kriz və şəkərli diabetdən əziyyət çəkən şəxslərin bu saatlarda çölə çıxması məsləhət görülmür.

Bizi WhatsApp – da izləyin.