Qardabanidə dəhşət: Həmkəndlisini öldürmək istədi – 15 il həbs…

Kvemo Kartli Polis Departamentinin Qardabani rayon şöbəsinin əməkdaşları 1981-ci il təvəllüdlü şəxsi qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə məişət zəminində yaranmış mübahisə fonunda baş verib. Saxlanılan şəxs 1994-cü il təvəllüdlü həmkəndlisinə sinə nahiyəsindən bir neçə bıçaq zərbəsi endirib və hadisə yerindən qaçıb. Yaralı şəxs xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları keçirdikləri istintaq tədbirləri nəticəsində hadiəsni törədən şəxsi dərhal saxlayıblar. Cinayətdə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 19-108-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) üzrə aparılır. Sözügedən maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizi WhatsApp – da izləyin.