Daxili İşlər Naziri Azərbaycanın Gürcüstandakı səfiri ilə görüşüb
Daxili işlər naziri Gela Geladze Azərbaycan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ilə görüş keçirib.
Bu barədə Nazirlikdən məlumat verilib. Görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərini müzakirə ediblər. Söhbət zamanı Cənubi Qafqaz regionunda baş verən hadisələr və təhlükəsizlik məsələlərinə də toxunulub. Tərəflər regionun davamlı inkişafı naminə sülh və əməkdaşlığın vacibliyini vurğulayıblar.
Həmçinin, iki ölkənin hüquq-mühafizə orqanları arasında mövcud olan sıx və səmərəli polis əməkdaşlığını yüksək qiymətləndiriblər. Nazir Geladze bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümid etdiyini bildirib və bu prosesdə polis attaşelərinin rolunu xüsusi qeyd edib.
Bizi WhatsApp – da izləyin.