Marneulidə dəhşət: Döyüb avtomobilin yük hissəsinə saldıqları şəxs… – VİDEO
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Polis Şöbəsinin əməkdaşları, isti izlərlə aparılmış operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində, 2002-ci il təvəllüdlü G.M.-i, 2002-ci il təvəllüdlü S.B.-ni və 1994-cü il təvəllüdlü E.T.-ni qrup halında törədilmiş zorakılıq və azadlığın qanunsuz məhdudlaşdırılması ittihamı ilə həbs ediblər.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqla müəyyən olunub ki, Marneuli rayonunun kəndlərindən birində ittiham olunanlar maliyyə mübahisəsinə görə 1991-ci il təvəllüdlü D.A.-nı fiziki zorakılığa məruz qoyublar, güc tətbiq etməklə avtomobilin baqajına yerləşdiriblər, qanunsuz olaraq azadlığını məhdudlaşdırıblar və çay istiqamətinə aparıblar.
Bu zaman D.A.-nı baqajı açaraq qaçmağa müvəffəq olub.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan axtarış və istintaq tədbirləri nəticəsində hər üç ittiham olunan şəxs isti izlərlə saxlanılıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci prim “b” bəndi və 143-cü maddəsinin 3-cü hissəsinin “a” bəndi ilə aparılır. Cinayət görə 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bizi WhatsApp – da izləyin.