Gürcüstanda yanğınların və yanğın zamanı dünyasını dəyişənlərin sayı açıqlanıb – STATİSTİKA
Gürcüstan Milli Statistika Xidmətinin (Sakstat) məlumatına görə, 2025-ci ilin ilk yarısında ölkədə 7 440 yanğın qeydə alınıb. Bu barədə məlumatı Saqstat, Daxili İşlər Nazirliyinin (DİN) göstəricilərinə əsaslanaraq yayıb.
Ötən ilin ilk iki rübündə isə 5 983 yanğın qeydə alınıb, builki göstərici isə ötən ilin eyni dövrü ilə müqayisədə 1 457 hadisə ilə çoxdur.
DİN-in statistikasına görə, cari ilin 6 ayı ərzində ölkədə baş verən yanğınlar nəticəsində 32 nəfər həlak olub, 92 nəfər isə xəsarət alıb.
Bizi WhatsApp – da izləyin.