Bu günə olan hava proqnozu
29 avqustda ölkə üzrə isti və əsasən yağıntısız hava gözlənilir.
Ətraf Mühit üzrə Milli Agentliyin məlumatına görə, Tbilisidə gündüz havanın temperaturu +33, +35 dərəcə təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anakliya, Poti): 29 avqustda əsasən yağıntısız hava olacaq. Gündüz havanın temperaturu +28, +30 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurgeti): 29 avqustda isti və əsasən yağıntısız hava olacaq. Gündüz havanın temperaturu +31, +33 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Shovi, Chiatura, Sachxere, Xulo, Rikoti aşırımı): 29 avqustda isti və əsasən yağıntısız hava olacaq. Gündüz temperatur +28, +33 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro): 29 avqustda əsasən yağıntısız hava olacaq. Gündüz temperatur +25, +30 dərəcə təşkil edəcək.
Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tskhinvalidə isti və əsasən yağıntısız hava gözlənilir. Gündüz havanın temperaturu +33, +35 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Qvareli, Axmeta, Dedoplistsxaro): isti və əsasən yağıntısız hava gözlənilir. Gündüz havanın temperaturu +33, +35 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Fasanuri): isti və əsasən yağıntısız hava gözlənilir. Gündüz temperatur +28, +33 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): əsasən yağıntısız hava gözlənilir. Gündüz havanın temperaturu +23, +28 dərəcə təşkil edəcək.
Bizi WhatsApp – da izləyin.