Amerikalı siyasətçi çıxışı zamanı güllələnərək öldürülüb
Amerikalı siyasətçi və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk Yuta Universitetində çıxışı zamanı güllələnib.
Real xarici KİV-ə istinadən xəbər verir ki, o, boyun nahiyəsindən güllə yarası alaraq dünyasını dəyişib.
Donald Tramp “Truth Social” hesabında Çarli Kirkin sui-qəsd nəticəsində öldüyünü yazıb.
Tramp onu “böyük” və “əfsanəvi” adlandırıb:
“Heç kim ABŞ-nin gənclərini Çarlidən daha yaxşı başa düşmədi və empatiya qurmadı”.
Məlumata görə, mühafizəkar fəal Çarli Kirkə qarşı sui-qəsd edən şəxs Yuta Demokratik Partiyasının üzvü Maykl Mallinsondur. O, hadisə yerində saxlanılıb.
Bizi WhatsApp – da izləyin.