Yağışlı hava bu tarixədək davam edəcək – PROQNOZ

Gürcüstanda güclü yağış və dolu gözlənilir.

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, 14 sentyabradək ölkə ərazisində arabir yağış və ildırım olacaq. Bəzi bölgələrdə güclü yağış və dolu ehtimalı da mövcuddur.

Məlumata əsasən, yağıntılar Gürcüstanın kiçik çaylarında selin yaranmasına, eləcə də təpəlik və dağlıq zonalarda sürüşmə və daşqın proseslərinin aktivləşməsinə səbəb ola bilər. Agentlik bildirir ki, təhlükə səviyyəsi orta olaraq qiymətləndirilir.

15 sentyabrdan isə ölkə ərazisində yağıntısız hava şəraiti gözlənilir.

Bizi WhatsApp – da izləyin.