Bu ölkədə 2007-ci ildən sonra doğulan şəxslərə siqaret çəkmək qadağan edildi
Maldiv Respublikasının Səhiyyə Nazirliyinin məlumatına görə, 2007-ci ilin yanvar ayından sonra doğulan bütün şəxslər üçün siqaret çəkmək qadağan edilib. Bu barədə xarici media məlumat yayıb.
Maldivlər dünyada yeganə ölkədir ki, burada nəsillərarası tütün qadağası qüvvədədir. Bu tədbir, prezident Mohamed Muizzu tərəfindən bu il irəli sürülüb və 1 noyabrdan qüvvəyə minib. Nazirliyin açıqlamasına görə, bu addımın məqsədi “ictimai sağlamlığın qorunması və tütündən azad nəsil formalaşdırılmasıdır”.
“Yeni qaydalara əsasən, 2007-ci il yanvarın 1-də və ya ondan sonra doğulan şəxslərə Maldivlərdə tütün məmulatı almaq, istifadə etmək və ya satmaq qadağandır”, – deyə nazirlik bildirib. Onların sözlərinə görə, “qadağa tütünün bütün növlərinə şamil olunur və pərakəndə satış obyektləri məhsul satmazdan əvvəl alıcının yaşını yoxlamalıdır”.
Bizi WhatsApp – da izləyin.