Media holdinq rəhbəri Qətərə səfir təyin edilib – FOTO
Gürcüstanın Baş naziri İrakli Kobaxidze NATO yanında Gürcüstanın nümayəndəsi İrakli Beraya və Qətər Dövlətində Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Varlam Avaliani ilə görüşüb.
Hökumət başçısı diplomatları vəzifələrə təyin olunmaları münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.
Qeyd edək ki, İrakli Beraya uzun illər Gürcüstan Parlamentində Müdafiə və Təhlükəsizlik Komitəsinin, həmçinin Xarici Əlaqələr Komitəsinin sədri olub, eyni zamanda Gürcüstanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik edib. Müxtəlif dövrlərdə İrakli Beraya İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Milli İnvestisiya Agentliyinin direktoru, həmçinin Daxili İşlər Nazirliyinin İslahatlar və İnkişaf Agentliyinin direktoru vəzifələrində çalışıb.
Varlam Avaliani 2021–2025-ci illərdə “Rustavi 2” telekanalını və bir neçə media platformanı birləşdirən media holdinqin baş direktoru olub. Bundan əvvəl, 2019–2021-ci illərdə “Studio Maestro”nun icraçı direktoru vəzifəsində çalışıb. 2014–2018-ci illərdə o, müxtəlif konsaltinq şirkətlərində kommunikasiya üzrə məsləhətçi kimi fəaliyyət göstərib, 2012–2014-cü illərdə isə Gürcüstanın müdafiə nazirinin müşaviri və müavini olub.
Varlam Avaliani 1999–2013-cü illərdə müxtəlif televiziya şirkətlərində jurnalist kimi çalışıb.
Bizi WhatsApp – da izləyin.

