SON DƏQİQƏ! Hərbi təyyarənin qəzaya uğraması ilə bağlı istintaq başladılıb – RƏSMİ
Siğnaği bələdiyyəsində, Gürcüstan dövlət sərhədindən təxminən 5 kilometr məsafədə, ilkin məlumata görə, Azərbaycan–Türkiyə istiqamətində uçuş həyata keçirən Türkiyəyə məxsus hərbi təyyarə qəzaya uğrayıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü hissəsi ilə aparılır. Bu maddə hava nəqliyyatının hərəkəti və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur ki, bu da insanın ölümünə səbəb olub.
Hadisə ilə bağlı əlavə məlumatları Gürcüstan Daxili İşlər Nazirliyi ictimaiyyətə mərhələli şəkildə təqdim edəcək.
Bizi WhatsApp – da izləyin.