DİQQƏT! Mağazalarda kartla ödəniş sistemində yenilik

Ticarət obyektlərində istənilən bank kartı ilə ödəniş bir terminal vasitəsilə mümkün olacaq. Bu barədə Maliyyə-Büdcə Komitəsinin sədri Paata Kviçinadze “Ödəniş sistemi və ödəniş xidmətləri haqqında” qanuna ediləcək dəyişikliklərdən danışarkən bildirib.

Onun sözlərinə görə, bu, bütün bank kartlarını tanıyacaq və ödənişin ən ucuz, sürətli və optimal yolunu avtomatik seçəcək “ağıllı marşrutlaşdırma sistemi” olacaq.

Təşəbbüsün həyata keçirilmə müddətinə gəlincə, Paata Kviçinadzenin sözlərinə görə, bu prosesin 2026-cı ilin aprelindən başlanması planlaşdırılır, lakin məsələ ilə bağlı müzakirələr aparılacaq və dəqiq tarix daha sonra müəyyən ediləcək.

Qeyd edək ki, parlamentdə hazırda “Ödəniş sistemi və ödəniş xidmətləri haqqında” qanuna dəyişikliklərin komitə müzakirələri keçirilir. Dəyişikliklərin bir hissəsi təxirə salınıb. Misal olaraq, bank kartı ilə ödənişlərdə banklar üçün yuxarı həddin müəyyən edilməsini nəzərdə tutan maddələr layihədən müvəqqəti çıxarılıb.

Bizi WhatsApp – da izləyin.