128 dəfə imtahan verdi – Yenə keçə bilmədi…
Böyük Britaniyada bir sürücü namizədi 128-ci dəfə sürücülük vəsiqəsinin nəzəri imtahanını verə bilməyib.
RealNews.ge “AA Driving School”a istinadən xəbər verir ki, o, sınaqlar üçün indiyədək təxminən 3000 funt sterlinq vəsait xərcləyib.
Bildirilib ki, bu, ölkədə qeydə alınan ən yüksək cəhd sayılır.
Digər bir namizəd isə 75-ci cəhddə imtahandan keçməyi bacarıb. O da bu müddət ərzində ümumilikdə 1725 funt sterlinq ödəyib.
Bizi WhatsApp – da izləyin.