SON DƏQİQƏ! Türkiyənin daha bir təyyarəsi qəzaya düşdü – ÖLƏN VAR
Türkiyəyə məxsus yanğınsöndürən təyyarə radarlardan itib.
Bu barədə Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Radarlardan itən təyyarənin qalıqlarının tapıldığı və bir pilotun həlak olduğu açıqlanıb.
“Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus iki AT802 yanğınsöndürmə təyyarəsi 12 noyabr saat 10:24-də Xorvatiyanın Zaqreb şəhərinə planlı texniki qulluq üçün Çanaqqaladan yola düşüb. Meteoroloji şəraitə görə iki təyyarə Xorvatiyanın Rejika hava limanında gecələyib.
Onlar bu gün Türkiyə vaxtı ilə saat 17:38-də Zaqreb Hava Limanına yola düşdükdən sonra əlverişsiz hava şəraiti səbəbindən Rejika Hava Limanına qayıdıblar. Qayıdış marşrutu zamanı təyyarələrimizdən biri Rejika Hava Limanına eniş edib, lakin Türkiyə vaxtı ilə saat 18:25-də digər təyyarə ilə əlaqə kəsilib. Məsul pilotumuzu və təyyarəni tapmaq üçün Xorvat bölmələri ilə koordinasiyada axtarış-xilasetmə işlərinə başlanılıb.”, – məlumatda qeyd edilib.
Daha sonra Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı “Xorvatiyada radio əlaqəsi kəsilən yanğınsöndürmə təyyarəmizin qalıqları Xorvatiyanın Senj şəhəri yaxınlığında tapılıb. Bu faciəli qəzada şəhid olan pilotumuza Allah rəhmət eləsin. Meşəçilik təşkilatımıza və xalqımıza başsağlığı verirəm”, – deyə bildirib.
Bizi WhatsApp – da izləyin.